ABŞ-da qəzet redaksiyasında atışma baş verib, ölənlər var





ABŞ-ın Merilənd ştatında "Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.
Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.
Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.
Təfərrüatlar hələlik açıqlanmır.