ABŞ Konqresində ADR-lə bağlı bəyanatlar verilməkdədir
04:43 04.06.2018
Arxiv
555
1 iyun 2018-ci il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz (Respublikaçı – Şimali Karolina) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konqresmen bəyanatda ilk öncə, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırır. Seçkilər vasitəsilə müəyyən edilən dünyəvi hökumətə sahiblənmiş ilk müsəlman çoxluğa malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahata və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən dövlətlər üçün daim nümunə olacaqı bəyanatda vurğulanır. Mark Midouz həmçinin, Şimali Karolina əhalisi adından Azərbaycan icmasının həmin ştatda töhfəsini yüksək qiymətləndirir.
Mühüm tarixi mərhələlərdən olan 1918-ci il istiqlal bəyannaməsindən sonra, bolşevik işğalının Azərbaycanın müstəqilliyinə qısa zamanda son qoyduğu bəyanatda bildirilir. Buna baxmayaraq, Azərbaycanın müstəqillik arzusunun heç zaman söndürülə bilinmədiyi və 1991-ci ildə Azərbaycanlıların öz müstəqillik hərəkatını yaratdığı və müvəffəqiyyətlə öz dövlətlərini bəyan etdikləri qeyd olunur. Bəyanatda diqqətə çatdırılır ki, Azərbaycan hər zaman müstəqilliyini yenidən təmin edəndə ABŞ tez bir zamanda Azərbaycanı tanımışdır və qürur duymalıyıq ki, o zamandan davamlı və dəyərli münasibətlər mövcuddur.
Bəyanatda həmçinin, Azərbaycanın terrora qarşı qlobal mübarizədə ən mühüm və əvəzolunmaz müttəfiq, eləcə də ABŞ-la nümunəvi tərəfdaş olduğu diqqətə çatdırılır. Xəzər dənizi bölgəsində və ondan kənar tərəqqinin əldə olunması, ticarət, habelə yaxşı demokratik idarəçilik sahəsində ABŞ və Azərbaycan öhdəliklərinin tamlıqla reallaşdırılması da daxil olmaqla, ikitərəfli əməkdaşlığın dərinləşməsinin səbrsizliklə gözlədiyi konqresmen Midouz tərəfindən vurğulanır. Rusiya və İranla sərhədə malik ölkə kimi AzərbaycanınNATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında üzvlüyünün xüsusilə vacib olduğu bəyanatda bildirilir. Azərbaycanın ABŞ əməliyyatlarının təchizatı üçün ən mühüm nəqliyyat marşrutu kimi formalaşdığı, habelə Azərbaycanın ABŞ-ın Əfqanıstandakı missiyası üçün qüvvələr təmin etməsi və NATO təyyarələrinin havaməkanından istifadə etməsinə icazə verməsi təqdir olunur.
Konqresdə üzv olmasından bəri, onun və hər iki partiyanın nümayəndələrinin (Respublikaçılar və Demokratlar nəzərdə tutulur) İsrailə qətiyyətli dəstək məqsədilə birləşdikləri M.Midouz tərəfindən qeyd olunur. Müasir və dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın bu dəyərləri bölüşdüyü və bölgədəki qonşuları arasından seçilərək İsrail ilə güclü və davamlı əlaqələrə malik olduğu xüsusi vurğulanır. Azərbaycanın yüz illərlə tarixə dayanan yəhudi icmasına malik və İsrailin əsas neft təminatçısı olan ölkə kimi qeyd olunması ilə yanaşı, Azərbaycan-İsrail münasibətlərinin və beləliklə Azərbaycan-ABŞ münasibətlərinin daha böyük əməkdaşlıq və qarşılıqlı tərəqqi istiqamətində irəlilələyəcəyi bəyanatda bildirilir.
Bəytanatın sonunda qeyd edilir ki, xüsusilə Amerika ilə yaxın əməkdaşlığın dəyərli və nadir olduğu bölgədə yerləşən müttəfiqlərimizin tarixi dövrlərinin Konqres tərəfindən tanınması olduqca vacibdir. Bununla əlaqədar, Azərbaycanın müstəqilliyinin yüz illiyinin tanındığı və bu münasibətlə təbriklərin çatdırıldığı bəyan edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət