ABŞ-la Cənubi Koreya birgə hərbi təlimə başlayıb - FOTO

Nüvə müharibəsi həddinə gəlib çatan ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşir. Pentaqon Şimali Koreyanın qitələrarası ballistik raket sınaqlarından sonra müttəfiqi Cənubi Koreya ilə birgə hərbi təlimə başlayıb.
"Sherg.az"ın xarici mətbuata istinadən məlumatına görə, nəhəng təlimdə 50 min əsgərin iştirak etdiyini bildirilir. 10 gün davam edəcək təlimdə yer alan amerikan əsgərlərinin sayı 17 min 500 nəfərdir.
"Ulchi" adı verilən təlimlərdə Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Yeni Zelandiya, Hollandiya və İngiltərə əsgərləri də yer alır.
Beynəlxalq xəbər agentliklərinin çəkdiyi fotoşəkillərdə, Amerika casus təyyarəsi "U-2 Draqon"un bir Pyeongtaekteki ABŞ bazasına düşdüyü görünür. Bazada həmçinin raket batareyalarının olması diqqət çəkir.
Təlimdə antiterror orqanları girov azad etmə əməliyyatına başlayıb, bəzi iştirakçılar qaz maskası taxıb.
Pentaqonun məlumatına görə, təlimlər yüksək səviyyəli komandirlər tərəfindən izlənəcək.
Cənubi Koreyada bəzi şəhərlərdə təlimə qarşı mitinqlər keçirilir. Etirazçılar, təlimin müharibəyə yol aça biləcəyini iddia edib.
Aysel Aslan