ABŞ polisi səhvən 21 yaşlı şəxsi öldürüb





ABŞ-da polis əməkdaşları səhvən 21 yaşlı kişiyə atəş açıb.

Trend-in CNN telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Alabama ştatının Quver şəhərində baş verib. Polislər 21 yaşlı kişini ticarət mərkəzində atışmada günahkar hesab edib ona atəş açıblar.

Məlumata əsasən, hazırda əsl cinayətkar sağ və azadlıqdadır. Polis onun axtarışını aparır.