ABŞ prezidenti Türkiyəyə qarşı radikal qərar qəbul etdi
11:48 20.02.2019
Arxiv
487
ABŞ prezidenti Donald Tramp 2019-cu ilin dövlət xərcləri ilə bağlı qanunu imzalayıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, həmin qanuna görə, Rusiyadan "S-400" raket kompleksi alarsa, 2019-cu ilin 1 noyabr tarixinədək Türkiyəyə "F-35" qırıcılarının satışı dayandırılacaq.
Tramp "F-35" döyüş təyyarələrinin Türkiyəyə satışını dayandıran qanunu imzalayıb və bu sənəd "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanun çərçivəsində hazırlanıb.
Daha əvvəl satışı qadağan edən maddə qanundan çıxarılmışdı. Ancaq bu maddə yenidən qanuna salınıb.
Qanuna görə, ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan "S-400" alması ilə bağlı hesabat hazırlayacaq. Hesabatda bu sistemlərin alınmasının nə kimi təhdidlər yaradacağı müzakirə olunacaq. Hesabatın 2019-cu il noyabrın 1-dək hazırlanması tələb edilib. Və bu müddətdə Türkiyəyə "F-35" qırıcılarının təslim edilməsi dayandırılıb.
Türkiyə ümumilikdə 116 ədəd "F-35" sifarişi verib. Bunlardan bir hissəsinin bu ilin mart ayında Türkiyəyə təhvil verilməsi gözlənilirdi.
Rusiya ötən günlərdə "S-400"-ləri yazın sonlarına kimi Türkiyə tərəfinə təhvil verəcəyini açıqlamışdı. Ona görə də "F-35"-lərin satışının noyabrın 1-dək dayandırılması ABŞ-a Türkiyəyə qarşı yeni sanksiya tətbiq etmək üçün vaxt qazandırmış ola bilər.
Bəzi məlumatlara görə isə, ABŞ Türkiyəyə "F-35" satışını tamamilə dayandırsa, verilən sifarişləri İsrail almağa hazırdır.
Qeyd edək ki, Ankaranın Rusiyanın "S-400" raketdən müdafiı komplekslərini alması ABŞ-ın narazılığına səbəb olub. Türkiyə isə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya