Siyasətin bir neçə forması var. Onlardan biri yalanı həqiqət kimi təqdim etmək, digəri isə həqiqəti yalanın içində gizlətməkdir. Hazırda ABŞ hər iki formadan istifadə edir.
Bu barədə Sherg.az-a ABŞ dövlət katibi Con Kerrinin "Rusiyanın kiberhücumlarına lazımı an cavab veriləcək” ittihamını şərh edərkən siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, "Microsoft"-u yaradanlar amerikalılardırsa, Rusiyanın onlara kiberhücumlar etməsi inandırıcı görünmür: "
Onlar elə düşünürlər ki, Moskvanı biabır edirlər. Amma yanılırlar. Əslində ABŞ Rusiyanı dünyaya çox güclü təqdim edir. ABŞ-a heç bir kiberhücum olmur. Ona görə ki, ABŞ təhlükəsizlik orqanları 4-5 hissədə öz təhlükəslziyini təmin edir. Düzdü, Eduard Snovden bütün gizli şriftləri Rusiyaya verib. Moskva o məlumatlarla tanış olur. Amma Putin elə ağılsız deyil ki, həmin məsələləri açıb-ağartsın. ABŞ Donalt Trampı da Mosvka ilə bağlamağa çalışır. Bu işdə də məqsədləri odur ki, müharibə prezidenti olan Hillari Klintonu hakimiyyətə gətirsinlər. Bir sözlə, ABŞ dövlət katibinin açıqlaması böhtan xarakteri daşıyır".
Ekspertin fikrincə, texnika cəhətdən Rusiya ABŞ-dan geri qalsa da, silah baxımından Moskva Vaşinqtondan qabaqdadır: " Bu, birmənalıdır. Müasir dünyada ən çox innovativ silahlar Rusiyadadır. Amma bütün sosial şəbəkə ABŞ kəşiyyatının nəzarətindədir. Ola bilər ki, kimlərsə kəşfiyyat materialları üçün axtarışlar etsin. Daha çox Çin bu işlə məşğul olur. Ağ ev də Çindən çəkindiyi üçün bunu Rusiyanın üstünə atırlar."
C.Nuriyev onu da əlavə edib ki, ABŞ-ın idarəçiliyində çox kütlük hiss olunur:" C.Kerri özünü elə sadəlöv göstərir ki, guya heç nədən xəbəri yoxdur. ABŞ-ın 200 illik tarixinə nəzərə salanda aydınca görünür ki, bu ölkə heç zaman səmimi olmayıb və səmimi söz danışmayıb. Həmişə işğalçılıq siyasəti aparıb. Bu gün də o siyasətini davam etdirir. ABŞ Sibiri ələ keçirmək üçün dərin dövlətin hazıladığı taktiki gedişləri gerçəkləşdirmək istəyir. Bu proqram 1997-ci ildən hazırlanıb. ABŞ-ın 2025-ci ilə qədər Rusiyanı çökdürmək və İranı 5 dövlətə parçalamaq siyəsəti var. Onlar SRRi kimi Rusiyanı da çökdürmək istəyirlər. Nefti ucuzlaşdırdılar, dolları bahalaşdırdılar. Amma bunların önəmi yoxdur. Ona görə də, hesab edirəm ki, ABŞ-ın belə böhtanları çox olacaq".
Qeyd edək ki, "Microsoft” korporasiyası "Windows” əməliyyat sisteminə kiberhücumların arxasında Rusiya rəsmi dairələrinə bağlı hakerlərin dayandığını bəyan edib. Bundan başqa ABŞ dövlət kartibi Con Kerri də bəyan edib ki, ABŞ Rusiyanın kiberhücumlarına lazımı an cavab verəcək”
Ayyət Əhməd