ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi - VİDEO
09:13 14.04.2020
Arxiv
479
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib.
APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində ABŞ bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə minnətdarlıq ifadə olunub.
“Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə Covid-19 pandemiyasına qalib gələcəyik!”, - deyə qeyd olunub.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.
Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR
15:17 11.08.2026
Cəmiyyət
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya