ABŞ Suriyadan çıxmayacaq: Trampı razı saldılar





ABŞ mətbuatı Tehrandakı tarixi zirvə toplantısı sonrası, "Tramp, Suriyada müddətsiz olaraq qalmağa razı salındı." şərhini verib.
"Vaşinqton Post” qəzeti xəbərini Amerika Xarici işlər Nazirliyinin səlahiyyətlilərinə istinadən yayıb.
ABŞ prezidenti Donald Tramp beş ay əvvəl Suriyadan çəkilmək istədiyini açıqlamışdı.
Yeni strategiyada Amerika əsgərləri naməlum müddətlə Suriyada qalmağa davam edəcək.
ABŞ rəhbərliyi, Suriya siyasətində önünə yeni hədəflər qoydu. İran əsgərlərinin Suriyadan tamamilə çəkilməsi tələb edilir.

Yeni strategiyaya görə İran əsgərləri çəkilənə və ölkədə sabitlikli və bütün tərəflərin qəbul edəcəyi bir hökumət qurulana qədər Amerikan əsgərlərinin bu ölkədə qalması planlanır.