ABŞ türk ordusunun qarşısını almaq istəyir - Gizli toplantı




İraq Kürd Regional Rəhbərliyində təlim keçən suriyalı peşmərgə komandirləri ilə ABŞ-ın himayəsində olan PYD arasında Suriyanın şimalında gizli toplantı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Suriya Kürdüstan Demokrat Partiyasının üzvü Müslüm Məhəmməd məlumat verib.

Tərəflər arasında keçirilən toplantıda İraqdakı Roj peşmərgələrinin Suriyanın şimalına qayıdış məsələsi müzakirə edilib.

Məhəmməd qeyd edib ki, ABŞ rəsmiləri görüşdə suriyalı peşmərgələrin geri qayıdışına PYD-nin heç bir şəkildə əngəl olmamasının vacibliyini bildiriblər.

Digər məlumata görə, ABŞ Türkiyənin əməliyyatına maneə törətmək üçün suriyalıların geri qayıdışına yardımçı olmağa çalışır.