ABŞ -Türkiyə dialoqu nəticəsiz başa çatıb
21:18 09.08.2018
Arxiv
854
Beynəlxalq agentliklər sanksiyaların tətbiq edilə biləcəyini yazıb
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi heyət ABŞ-da bir sıra görüşlər keçirib. Lakin görüşün nəticələri haqqında hər hansı bir informasiya yoxdur.
ABŞ mediası kritik Türkiyə-Amerika diplomatik danışıqlarına xüsusi maraq göstərməyib.
Amerikalı rahib Bransonun Türkiyədə həbs edilməsindən sonra pisləşən Türkiyə-Amerika münasibətlərini yoluna qoymaq məqsədilə Vaşinqtona səfər edən 9 nəfərlik türk nümayəndə heyətinin görüşləri və apardıqları müzakirələr haqqında yalnız Röyter və Assoşieyted Press agentlikləri xəbər yayıb. Bu təmaslara geniş yer verən "Wall Street Journal” isə danışıqların uğurlu keçmədiyini, Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini yazıb.
Xatırladaq ki, ABŞ-a səfər edən Türkiyənin 9 nəfərlik heyəti Vaşinqtonda Xəzinə, Maliyyə və Ədliyyə Nazirliyində uzun müzakirələr aparıb.
Türkiyədən gələn heyət Sədat Önalın rəhbərliyi ilə ABŞ dövlət katibinin müavini Con Sullivanın rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş Dövlət Departamentində baş tutub. Bir saat aparılan müzakirələrdən sonra Dövlət Departamenti "Türk rəsmilərlə əlavə görüşlər keçirdik. Görüş və müzakirələr davam edir” səpkili açıqlama yayıb.
Bu açıqlamadan bir neçə saat sonra isə Dövlət Departamentinin sözçüsü Hizer Noyert yazılı açıqlama ilə çıxış edib:
"Bu gün ABŞ dövlət katibinin müavini Con Sullivan Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalla görüşüb. İki diplomat rahib Branson daxil bir sıra mövzuları müzakirə edib”.
Qeyd edək ki, Dövlət Departamentində baş tutan görüşdən sonra Türkiyədən gələn heyət ABŞ Maliyyə Nazirliyində müzakirələr aparıb. Ancaq görüşlərdən sonra tərəflər arasında razılığın əldə edilməsinə dair hər hansı informasiyaya rast gəlinməyib.
Məşhur "Nyu-York Times” və "Vaşinqton Post” kimi qəzetlər ümumiyyətlə, bu təmaslara diqqət ayırmayıb, yalnız agentliklərin informasiyası ilə kifayətlənib. Xatırladaq ki, adətən bu məşhur media orqanları belə görüşlərlə bağlı diplomatik qaynaqlardan birbaşa informasiya əldə edərək oxucularına təqdim edir.
"Wall Street Journal” isə bu kritik təmaslarla bağlı xəbərində bildirib ki, ABŞ və Türkiyə razılaşma əldə etməyib. Bu səbəbdən ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının yolda olduğuna əmindir. (Teleqraf.com )
"Rəsmilər, Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşlərdə Türkiyənin iqtisadiyyatını bu hala gətirən problemdən çıxış yolu tapa bilməyib. Görüşlər zamanı ABŞ rəsmiləri rahib Branson haqqında hər hansı bir təminat almayıb. Bu vəziyyətdən sonra Tramp administrasiyası Türkiyədə digər nazirlərə də sanksiya tətbiq edə bilər”, - qəzet ABŞ rəsmilərinə söykənərək yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya