Acun sarışın bir gözəllə obyektivlərə tuş gəlib




TV 8-in rəhbəri Acun Ilıcalı və Şeyma Subaşı 1,5 il davam edən ailə həyatından sonra ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ilıcalının qızı Melisanın qəyyumluğunu alması aylarca maqazin aləminin gündəmindən düşmür.

Məşhur telekanal rəhbərinin bir müddətdir 19 yaşlı model Itır Esenlə sevgili olduğu bildirilib. Hər iki tərəf xəbərin yalan olduğunu açıqlayıb.

Hazırda Mayamidə olan Acun ötən gün sarışın bir gözəllə obyektivlərə tuş gəlib. Onların səmimi münasibəti diqqətdən qaçmayıb. Xanımın kim olduğu hələ bilinmir.