"İran, Türkiyə və Rusiyanın maraqlarında, siyasətində müəyyən səhvlər olmamış deyil. Lap əvvəldən Rusiya və İran Suriya probleminin Suriyanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub. Suriya ərazisində fəaliyyət göstərən terrorçu təşkilatlardan olan İŞİD Rusiyanın dövlət və milli təhlükəsizlik maraqlarına təhlükə törətmək istəyirdi. Onun zərərsizləşdirilməsi üçün də addımlar atıldı”.
"Afrin əməliyyatından sonra Türkiyənin mövqeləri güclənib" - Rusiya narahatdır
16:13 09.04.2018
Arxiv
2194
"Türkiyə Afrin əməliyyatını Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirib”.
Bu sözləri "Sherg.az”a Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrinin Suriyanın nəzarətinə qaytarılması haqqında fikirlərini şərh edərkən politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran prezidentlərinin aprelin 4-də keçirilən görüşündən sonra Rusiyanın Afrinlə bağlı mövqeyində kəskin dəyişik olacağı proqnozlaşdırılmırdı:
"İran, Türkiyə və Rusiyanın maraqlarında, siyasətində müəyyən səhvlər olmamış deyil. Lap əvvəldən Rusiya və İran Suriya probleminin Suriyanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub. Suriya ərazisində fəaliyyət göstərən terrorçu təşkilatlardan olan İŞİD Rusiyanın dövlət və milli təhlükəsizlik maraqlarına təhlükə törətmək istəyirdi. Onun zərərsizləşdirilməsi üçün də addımlar atıldı”.Türkiyə üçün yaranmış təhlükələrə gəlincə, E.Manafovun diqqətə çatdırıb ki, qardaş ölkə üçün əsas problem ABŞ tərəfindən dəstəklənən PKK və onun qollarıdır:
"Türkiyə Afrin əməliyyatını Suriya dövlətinin razılığı olmadan həyata keçirib. Bu ərazilərdən Türkiyə üçün təhlükə yaranmışdı və Bəşər Əsəd hökuməti orada özünün suveren hüquqlarını həyata keçirmək iqtidarında deyildi.
Rəsmi Ankaranın maraqları ondan ibarətdir ki, Afrindən sonra Membiç istiqamətinə hərəkət etsin. Afrin əməliyyatından sonra Türkiyənin bölgədə, Suriyada mövqeləri hədsiz gücləndi. Bu da onun geosiyasi müttəfiqləri olan Rusiya və İranı narahat edir. Bu, S.Lavrovun açıqlamasından aydınca müşahidə olunur. Sadəcə hər iki tərəf Türkiyənin bölgədə güclənməsini istəmir”.
Qeyd edək ki, S. Lavrovun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib. Nazir bildirib ki, Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat