“Kondisioner altında uzun müddət qalmaq və soyuq içkilər qəbul etmək olmaz”
Ağciyərdə iltihablar yarana bilər
08:06 28.06.2018
Arxiv
1031
Professor əhalini kondisionerlərdən düzgün istifadəyə çağırır
“Kondisioner altında uzun müddət qalmaq və soyuq içkilər qəbul etmək olmaz”
“Kondisioner altında uzun müddət qalmaq və soyuq içkilər qəbul etmək olmaz”
Yayın gəlişi ilə özünü göstərən qızmar isti və yüksək rütubətlilik kondisionerlərdən istifadəni artırır. Bu gün əhalinin 95 faizi yay gələn kimi kondisioneri davamlı olaraq istifadə edir. Demək olar ki, hər evdə, iş yerləri və avtomobillərdə kondisioner mövcuddur.
Ancaq kondisionerdən doğru şəkildə istifadə etmədikdə, bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İsti yay günlərində məkanın xarici və daxili temperatur fərqi və ani hava dəyişiklikləri bədən müqavimətinin azalmasına səbəb olur. Hətta davamlı olaraq kondisioner altında dayanmaq beyin qan dövranında və damarlarda ciddi problemlər yarada bilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, temperaturanın yüksək həddində hər bir insan orqanizminin müdafiəyə uyğunlaşma reaksiyaları var. Professor bildirib ki, bədən temperaturu 37-dən yüksəyə qalxarsa, temperatur yüksəlir, qan qatılaşır və nəticədə insan ölə bilər:
"İnsan orqanizmi uzun müddət istliklə təmasda olduqda müdafiə reaksiyaları tükənir və temperatur tənzimi pozulur, bu zaman istivurma və ya günvurma deyilən hadisə baş verir. Ona görə də sərinləşdirici vasitələrdən istifadə eləmək lazımdır. İlk növbədə sərin yerdə olmaq və çoxlu maye qəbul eləmək məsləhətdir.
Kondisionerdən istifadəyə gəldikdə isə, əlbəttə, 30 dərəcədən yüksək temperatur olduqda istiyə dözmək mümkün deyil və bu zaman kondisionerdən istifadə edilməlidir. Amma kondisioner daim suyu buxarlandırdığına görə orqanizmdə soyuma baş verə bilər. Soyuma nəticəsində müxtəlif soyuqdəymə xəstəlikləri ola bilər, ona görə də yay vaxtı bəzən kondisionerdən düzgün istifadə edilmədiyinə görə, ağciyərdə iltihablar da yarana bilir. Baxmayaraq ki, isti hava şəraiti mövcuddur, amma kondisionerdən düzgün istifadə vacib şərtlərdən biridir.
Kondisioner altında yatmaq və ya uzun müddət qalmaq məsləhət deyil. Həmçinin kondisioner altında soyuq içkilər də qəbul eləmək olmaz. Kondisioneri mütəmadi olaraq, fasilə ilə işlətmək lazımdır, onda oranizmin həddindən artıq və davamlı olaraq soyumasının qarşısı alınır”.
Professor kondisionerlərdə olan mikrobların da müəyyən təhlükələr törədə biləcəyini dedi: "Bu mikroblara legionerlər də deyilir. Bu da ağciyər panimiyası törədə bilir. Ona görə də hər il kondisioner işləməzdən qabaq onun yolları təmizlənməlidir ki, həmin mikroblar otağa daxil olmasın və nəfəs yollarına düşməsin. Mikroblar uzun müddət kondisioner yolunda qalanda müxtəlif qoxular əmələ gəlir. Bunun üçün də kondisioner gigiyenik təlimatına uyğun şəkildə idarə olunmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət