Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti "Bunu normal qəbul edirəm"




Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva daha bir tədbirdə iştirak edib.

Sherg.az aznews.az-a istinadən bildirir ki, həmin tədbirdə çıxış edən sənətkar dərdini, acısını unudaraq, çox xoşbəxt insan olduğunu açıqlayıb:

"Mən çox xoşbəxt sənətkaram. Allahın sevdiyi insanam. Hər halıma şükürlər olsun. Hər şeyi qəbul edirəm. Xəstəlik insan üçündür. Mən bunu normal qəbul edirəm. Bunlar hamısı təbiidir. Yetər ki mənəviyyatımız varlı, həyata baxışımız dolğun, düzgün olsun. Hər zaman həqiqətin, gerçəyin yanında olmağı bacaraq".

Xalq artisti Könül Xasıyeva uzu zamandır ki, səhnədən ayrılıb. O, onurğa iflici xəstəliyindən əziyyət çəkir.

-----------

10:55

Onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyevaya həsr olunan xeyriyyə tədbiri keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Loqos" psixologiya və nitq mərkəzinin binasında baş tutan tədbirin aparıcılığını Kamran Quliyev edib.

Mərasimə qatılanlar arasında modelyerlər Fəxriyə Xələfova, Gülnarə Xəlilova, müğənnilər İzzət Bağırzadə, Əbdül Xalid və başqaları yer alıblar.

Çıxış edən K.Xasıyeva göz yaşlarını saxlaya bilməyib. O, "Oğlum Kazımın da səhhətində problem var. Övladım məndən 40 yaş balacadır. Ona nəvəm deyirəm" deyə, fikirlərini bölüşüb.

Qeyd edək ki, səhhəti ağır olan muğam ifaçısı hazırda müalicə alır. Onun müalicəsini davam etdirməsi üçün maddi köməyə ehtiyacı var.