"Aİ-nin bu təklifi Azərbaycanın suverenliyindən əl çəkməsini ehtiva edirdi" - İmtina
10:28 27.11.2017
Arxiv
684
""Şərq tərəfdaşlığı”nın məqsədi Avropa İttifaqı (Aİ) üzvü olmayan bəzi ölkələrlə konkret proqram çərçivəsində əlaqələrin inkişafından ibarətdir”.
Bunu "Sherg.az”a 5-ci Şərq Tərəfdaşlığı zirvə görüşünün Azərbaycan üçün nəticələrindən danışarkən millət vəkili Elman Nəsirov söyləyib.
O bəyan edib ki, Azərbaycan Aİ ilə əməkdaşlıq xəttinə sadiq qalır:
"Xüsusilə, enerji təhlükəsizliyi sahəsində Aİ ilə çox sıx əməkdaşlığımız var. Bu kontekstdə 2011-ci ildə imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Avropa ilə ən böyük layihəsi Cənub Qaz Dəhlizi layihəsidir. Azərbaycan qazının 2018-2020-ci illərdən başlayaraq Avropa bazarına çıxarılması planlaşdırılır.
Azərbaycan Aİ münasibətləri həyata keçirilərkən onların irəli sürdükləri Assosiativ saziş qəbul edilmədi. Bununla bağlı onların irəli sürdüyü təklif Azərbaycanın suverenliyindən əl çəkməsini ehtiva edirdi. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi müdafiə olunmurdu.
Bu səbəbdən Azərbaycan təklifdən imtina etdi. Əvəzində başqa təklif irəli sürdü. Bu Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı özündə ehtiva edən sənəddir. Aİ tarixində ilk dəfədir ki, belə sənədi Azərbaycan hazırladı. Həmin sənədlə bağlı müzakirələr keçirilir. Noyabr ayının 27-28-də növbəti dəfə bu kontekstdə danışıqlar aparılacaq. 2018-ci ildə Aİ və Azərbaycan arasında həmin sənədin imzalanması mümkün ola bilər.
Zirvə görüşündə ölkə başçısının şəxsən özü iştirak etdi. Bu, da təsadüfi deyil. Görüş çərçivəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin necə qoyuluşu böyük əhəmiyyət kəsb edir. Çünki Aİ-nin Riqa sammitində Digər ölkələrin ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənsə də, Azərbaycana münasibətdə bu yanaşma olmamışdı.
Güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi hüququ ilə bağlı prinsiplər öz həllini tapmışdı. Lakin ərazi bütövlüyü qeyd edilməmişdi. Bu, bizim üçün əhəmiyyət kəsb edir. Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünün öz əksini tapması vacibdir. Gələcəkdə imzalanması gözlənilən sənədin taleyinə də bu yekun sənəddə əks edilən prinsiplər həlledici təsir göstərəcək”.
Qeyd edək ki, Avropa Birliyi təsisatlarının yerləşdiyi Brüssel şəhərində 24 noyabr 2017-ci ildə 5-ci Şərq Tərəfdaşlığı zirvə görüşü keçirilib. 28 Avropa Birliyi və onun şərq qonşuluğunda yerləşən 6 ölkənin dövlət və hökumət başçılarının birgə görüşündə 2015-ci ildəki 4-cü Zirvə görüşündən bu günə qədər əldə edilən nəticələr müzakirə olunub.
Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" proqramı Avropa Birliyinin 2009-cu ildəki sammitində qəbul olunub. 28 Avropa Birliyi və onun Şərqində yerləşən 6 ölkənin dövlət və hökumət başçıları mütəmadi qaydada hər iki ildə bir dəfə olmaqla Şərq Tərəfdaşlığı zirvə görüşü üçün bir araya gəlirlər. Əvvəlki görüşlər 2011-ci ildə Varşavada, 2013-cü ildə Vilnüsdə, 2015-ci ildə Riqada keçirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə