Ailə israr etdi və 25 nömrəli adsız məzar açıldı...

Qaziantəpdə xına gecəsinə təşkil edilən bombalı hücumda ölən uşaqlardan birinin məzarı yenidən açıldı. Ailənin cənazənin onlara  aid olmadığı iddiasından sonra açılan məzardan DNT üçün nümunə götürüldü.
Qaziantəpdəki xına gecəsinə təşkil edilən bombalı hücumda 34-ü uşaq olmaqla  57 nəfər həyatını itirmişdi. Hücumda 2 qızını itirən, həyat yoldaşı və bir qızı da yaralanan Emine Şahin, itkin olaraq görünən 10 yaşlı oğulu Ramazanın cənazəsinin yerinə başqa bir cənazənin onlara verildiyini irəli sürmüşdü. Onlara təslim edilən cənazədə əməliyyat izi olmadığını irəli sürən ailə, oğulunun qısa saçları olmasına baxmayaraq onlara verilən adamın saçlarının uzun olduğunu iddia etmişdi. Bundan sonra  Qaziantəp Ədli Tibb Təşkilatı mütəxəssisləri tərəfindən cənazədən və ailədən alınan DNT nümunələrinin uyğun çıxmasına baxmayaraq, ana Emine, iddiasında israrçı olunca, Yeşilkent qəbiristanlığında qeydlərdə "25 nömrəli" olaraq görünən adsız məzarın açılması qərarı alındı. Respublika Prokurorluğunun təsdiqi ilə Ankaradan gələn Ədli Tibb Təşkilatı mütəxəssisləri tərəfindən açılan məzardan polis nəzarətində DNT nümunəsi alındı.
Ailəyə cənazənin saçı və bədənindəki əməliyyat izlərinin yenidən göstərildiyi öyrənildi. Cəsədin şəxsiyyətinin dəqiq təyin olunması üçün Ankaradan gələcək nəticələrin gözlənildiyi ifadə edildi.