Ailədə ögey, doğma övlad olmur
07:52 10.04.2019
Arxiv
7730
Çoxuşaqlı analara müavinət verilərkən ayrı-seçkilik olmamalıdır
Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib. HP bununla bağlı təkliflərini Nazirlər Kabinetinə artıq təqdim edib. Burada söhbət «Sosial müavinətlər haqqında» qanuna dəyişikliklərdən gedir. Dəyişikliyin edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihə razılaşdırma mərhələsindədir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı təklif edilən yeniliyin mütərəqqi olduğunu bildirdi:
- Ailədə ögey, doğma övlad olmur. Əgər bir ailədirsə, fərqi yoxdur, ananın övladıdır, yoxsa atanın, bütün övladlar doğma hesab edilməlidir. Biz sovet kinosunun bu mövzuda ən gözəl nümunələrini görmüşük. Özbək ailəsinin Böyük Vətən Müharibəsində bir ailədə böyütdüyü, doğma övladları qədər, hətta onlardan artıq sevdiyi, narahatlıq keçirdiyi «yad» uşaqlara necə qayğı göstərdiklərini filmdə izləmişik.
Sosial müavinət hüququ müəyyən edilərkən övladın ögey-doğmalığına fərq qoyulmaması, əlbəttə, məntiqidir. Çünki uşaqlar yalnız tam ailəyə – həm ana, həm də ata olan ailələrə övladlığa verilir.
Qadının özünün dünyaya gətirdiyi, yaxud həyat yoldaşının əvvəlki qadından dünyaya gəlmiş övladları da o ailənin üzvü hesab edilir və qadın bu uşaqların hamısına qayğı göstərir, qulluq edir. Əlbəttə, burada ayrı-seçkilik ola bilməz. M.Qəhrəmanlı qanunların mükəmməl hazırlanmalı olduğunu diqqətə çatdırdı:
- Qanunlar bir dəfə mükəmməl hazırlanmalıdır ki, tez-tez dəyişikliklər etmək məcburiyyəti yaranmasın. Uşağın doğması, ögeyi olmur. Uşaqlar bir ailədə böyüyüb, bir ana tərəfindən tərbiyə alırlarsa, bir ailənin üzvü hesab edilməlidirlər.
Mən təklif edərdim ki, övladlığa uşaq götürmüş ailələrə ayrılacaq müavinətlərin miqdarı yüksək olsun. Analıq kapitalı deyilən bir anlayış var. Ana – qadın istər öz övladı olsun, istərsə də övladlığa götürdüyü uşaq, onun böyüyüb ərsəyə çatması üçün böyük əmək, fədakarlıq sərf edir. Bu, nəzərə alınaraq müavinətlərin miqdarı da yüksək olmalıdır. Həm də nəzərə alaq ki, müavinətlər yüksək olarsa, uşaq evlərində bir nəfər də körpə qalmaz. Hamısı ailə, isti ocaq sahibi olar.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat