"Ailələr var ki,əmək haqqı qismində gəliri olmur" - Deputat




Millət vəkili Rəfael Cəbrayılov son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər baş verdiyini düşünür. 

Sherg.az-ın məlumatına görə deputat parlamentdə müzakirələr zamanı deyib ki, ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb: 

"Bu yardım əmək qabiliyyətli insanlara verilmir ki, düzgün yanaşmadır. Amma işsizliklə bağlı problemləri nəzərə alsaq, çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək olar. 

Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmir. Belə insanlara müvəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər”. R.Cəbrayılov işsizliyə görə icbari tibbi sığortanın tez həyata keçirilməsini edilməsini də təklif edib. Deputat əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlərin də olduğunu vurğulayıb: "Pensiya alanlarla müvafiq qurumlar arasında pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Hətta bu problemlər məhkəmə çəkişmələrinə də gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Düşünürəm ki, nazirlik bunu ciddi nəzarətdə saxlamalıdır".

Anar