Akif Aşırlı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib





"Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyyətinin üzvü Akif Aşırlı Azərbaycan Prezidenti cənab İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. 

Təbrik məktubunda deyilir: 

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına!

Hörmətli cənab İlham Əliyev, Sizi, jurnalistlərin dostunu Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə təbrik edir, Azərbaycanın istiqlalının, ərazi bütövlüyünün təminində və ölkənin inkişafında fəaliyyətinizi dəstəkləyir, bu yolda uğurlar arzulayırıq. Arzu edirik və əminik ki, yaxın zamanlarda Sizin Ali Baş Komandanlığınızla Qarabağ işğaldan azad ediləcək, bu qələbə xəbirini biz jurnalistlər dünyaya bəyan edəcəyik.