Akif Aşırlı "Azərbaycan Xalq Cümhuriyəti-100" medalı ilə təltif olunub - Fotolar

"Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı Amerikada fəaliyyət göstərən Güney Azərbaycan televiziyasının təsis etdiyi "Azərbaycan Xalq Cümhuriyəti-100" medalı ilə təltif olunub. 
"Sherg.az" xəbər verir ki, A.Aşırlı ilə yanaşı bir qrup alim, ziyalı və media təmsilçisi bu ordenə layiq görülüb. Tarixi tədqiqatlar sahəsində tarixçi alimlər - Solmaz Tohidi, Firdovsiyyə Əhmədova və professor Ramiz Əsgər, media sahəsində Arif Əliyev, Elçin Şıxlı, Bahəddin Həziyev, ziyalılardan Ramiz Rövşən, dünya şöhrətli alim Rafiq Əliyev, millət vəkili Fazil Mustafa, Ədalət Tahirzadə və Rüstəm Behrudi bu mükafata layiq görülüblər. Dünən "Gilavar” şadlıq sarayında keçirilən mərasimin  aparıcısı professor, tanınmış teleaparıcı Qulu Məhərrəmli olub.  "GunAz Tv –nin sahibi Əhməd bəy Obalı çıxış edib. Bundan başqa Cümhuriyyət tarixinin araşdırılması və təbliğində xidməti olanlar ürək sözlərini söyləyiblər. Mərhum Mövsüm Əliyev xoş sözlərlə anılıb. Məclisə təşrif buyura bilməyən professor Şirməmməd Hüseynovun fəaliyyəti təqdir edilib. Mükafatları Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə təqdim edib.
Tədbirə dair fotoları təqdim edirik:
Ayyət Əhməd