Akif Aşırlı: "Senzuranın ləğvi jurnalistikamızın inkişafı üçün yeni mərhələnin başlanğıcı oldu”
07:33 07.08.2018
Arxiv
861
"Senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu”.
Bu sözləri "Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı deyib.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılmasının çox böyük əhəmiyyətə malik olduğunu deyən baş redaktor əlavə edib:
"Bu, Azərbaycan mətbuat tarixində xüsusi bir mərhələdir. Bu tarixi qərar milli mətbuatın inkişafına çox mühüm töhfələr verdi, bu istiqamətdə yeni imkanlar və şərait yaratdı. Senzuranın ləğvi ilə bağlı qərar mətbuat tariximizin əlamətdar hadisələrindən biri kimi Azərbaycanda jurnalistikanın inkişafında yeni mərhələnin başlanğıcı oldu”.
Həm ənənəvi, həm də elektron medianın özünün yeni inkişaf mərhələsini yaşadığını deyən baş redaktor əlavə edib ki, Azərbaycanda mətbuat azadlığı mövcuddur və ölkəmizdə media sahəsinə yüksək dövlət qayğısı var. Akif Aşırlı Prezident İlham Əliyevin hər zaman milli mətbuatın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə xüsusi diqqət göstərdiyini də diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya