“Akıncı” Yunanıstanı sarsıtdı
Turan
07:38 03.09.2021
Arxiv
468
Türkiyə yeni silahını göstərdi, Afina narahat olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir neçə gün əvvəl “Akıncı” adlı pilotsuz hücum aparatının (TİHA) silahlı qüvvələrin inventarına daxil edilməsi Yunanıstan ictimaiyyətində ciddi rezonans doğurub. Yunanıstanın “Kathimerini” başda olmaqla, bir sıra tirajlı qəzetləri Ərdoğanın təqdimetmə mərasimində çıxışından sitatlar gətiriblər. Xüsusilə, dövlət başçısının “Regionumuzda bir daş belə yerindən götürmək istəyən Türkiyənin cavabını gözləyəcək” sözlərinin hegemon ölkələrə ciddi siqnal olduğu bildirilib.
“Proto Thema” nəşrinin məlumatına görə isə Türkiyə “Akıncı” ilə dünyanın bu texnologiyada 3 ən öndə gələn ölkəsindən birinə çevrilib.
Yunanıstan digər KİV-ləri “Akıncı” ilə bağlı daha obrazlı ifadələrə müraciət edib. Belə ki, telekanallardan biri yeni pilotsuz aparatı Fateh Sultan Məhmət ordusunun İstanbulu fəth edən zaman istifadə etdiyi alov toplarına bənzədib. Yunan mediası “Ankara tərəfindən isti payız planlaşdırılır: Türkiyənin silahlı pilotsuz təyyarələrinin kütləvi istehsalı Afinanı narahat edir” başlığı ilə Türk ordusunun PUA-larda pik nöqtəyə çatdığını yazıb.
Saytdakı xəbərlər “Suriya, Liviya və Dağlıq Qarabağda geniş və uğurla istifadə edilən məşhur Bayraktardan sonra Türkiyə indi daha da inkişaf etmiş bir Akıncının kütləvi istehsalına davam edir” cümləsi ilə davam edib: “Türk PUA-larının iştirak etdiyi savaşlar oyun qaydalarının dəyişdiyini göstərdi. Yunan Silahlı Qüvvələri nizamlı və yaxşı təchiz olunmuş bir ordu olsa da, müasir pilotsuz maşınların ordu üçün ciddi bir risk yaratdığını gözardı etmək olmaz”.
Qeyd edək ki, “Akıncı” PUA-ları 900 kilodan çox raket və ya bomba daşıya bilir. 25 saat havada qalma qabiliyyəti və daşıya biləcəyi raketlərlə qeyri-adi xüsusiyyətlərə malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm