AKP: 41 min 556 seçici ilə bağlı araşdırma aparılacaq




Ali Seçki Qurumu bu gün növbədənkənar qərarı ilə tələbimizi rədd etdi, ancaq digər tələb və iddialarımızın araşdırılmasına qərar verdi.

Axar.az xəbər verir ki, bunu AKP sədrinin köməkçisi Əli İhsan Yavuz Tvitter hesabında yazıb.

"ASQ 41 min 556 seçici ilə bağlı araşdırma aparacaq. Bundan əlavə, seçki qutusuna nəzarət edənlər və komissiya üzvlərinin hansı şəkildə formalaşdırıldığını araşdıracaq", - Yavuz qeyd edib.