Albalı toplayırdı, boynuna dəmir girdi

Kahramanmaraşda albalı toplayarkən nərdivandan yıxılan Adəm Orçanın boynuna inşaat dəmiri girib. Yaralanan Orçan, boynundakı dəmirlə xəstəxanaya aparlıb və müalicəyə alınıb.
Adəm Orçan, albalı yığmaq üçün bağçanın divarına söykədiyi nərdivana çıxıb. Albalı toplayarkən birdən tarazlığını itirib yıxılıb. Bu zaman üzərinə düşən inşaat dəmirlərindən biri Orçanın boynuna batıb. Hadisə yerinə sağlamlıq və xilasetmə qrupları gəlib. İlk müdaxiləsi hadisə yerində edilən Orçanın boyunundakı dəmir çıxarıla bilməyib və xilasetmə qrupları dəmiri kəsib. Boynunda dəmirlə dövlət xəstəxanasına aparılan Adəm Orçan, təcili xidmətdə edilən müdaxilədən sonra vəziyyəti ağır olduğundan vertolyot təcili yardımla Kahramanmaraşa aparılıb.
Turan