Aldığı tərbiyəsinə əhsən! - Məktəbli İdris sosial şəbəkələrin gündəmi oldu
12:33 30.04.2018
Arxiv
2022
Cəmiyyətimizn xoş xəbərlərə o qədər tamarzıdır ki, eşidəndə inanmaq çətin olur. Dünən sosial şəbəkələrdə hər kəs 8-ci sinif şagirdi İdris Abbasovdan danışırdı. Necə oldu ki, 14 yaşlı oğlan bir neçə saatın içində ölkənin ən tanınan adamına çevirildi? Bu oğlanı ölkəyə tanıdan ləyaqətli hərəkətidir.
Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.
"Azərtac" xəbər verir ki, Tovuz rayonunun Əyyublu kənd sakini, Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlu kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən yerdə pul qabı tapıb. Pul qabının içində nə az, ən çox tam 5 min manat varmış. İdris pul qabını mağazanın sahibi Eyvaz Qocayevə verib. Eyvaz Qocayev də öz növbəsində, pul qabının sahibini axtarıb tapıb və pulu ona qaytarıb.
İdrisin nəcib hərəkəti bununla məhdudlaşmayıb. Məktəbli pul sahibinin təklif etdiyi mükafatdan da imtina edib.
Məhz bu hərəkətləri ilə İdris ölkənin sevimlisinə çevrildi, hamı bu məktəblinin kimliyi ilə maraqlandı. Xəbəri oxuyub «layk» edənlərin sayı mini keçdi.
Sosial şəbəkələrsə istiqamətinə uyğun, fərqli-fərqli paylaşımlarla doludur. Uşağın hərəkətini yüksək dəyərləndirib, «halal olsun», «Halal atanın halal övladı» «Əhsən sənə bala!» yazanlarla yanaşı, tapdığı pulu qaytarmasını heç cür ağlına sığışdırmayanlar da oldu, təəssüf ki.
Amma əksəriyyət İdrisə «Əhsən» dedi, Allahın sevimli bəndəsi hesab etdilər. Bəzi paylaşımları oxucularımızla biz də paylaşırıq:
Faiq Mehrəliyev: Sağ ol, bala. Allah əvəzini verəcək, sən də həmişə bu xoş işini xatırlayacaqsan.
İlham Babayev: Hələ bir az da yaşamağa dəyər. İnsanlıq ölməyib tam hələ.
Nazim Paşayev: Min kərə halal olsun!!! Bununla da, bir hərəkətiylə halal süd əmmiş və halal bir qeyrətli qandan olduğunu sübut etdi! Allah qarşılığında ona yəqin ki, hər şey verəcək, inşaAllah!!!
Həsənağa Əliyev: Aldığı tərbiyəsinə əhsən! Üzündən də həya-abır yağır.
Elşən Hüseynov: Kişi oğludu.
Əlasdan Heydərov: Halal olsun ona da, valideyinlərinə də...
Aylin İlyas: Halal olsun, evində halallıq görən, halal çörək yeyən, əhsən tərbiyə verən ataya, anaya.
Mətləb Səmədov: Halal olsun, bizim millətin namuslu, nəcib insanlarına
Elçin Mirzəyev: Adamın zatı təmizdirsə, heç bir dunya malı onu kirlədə bilməz.
Nazim Əhmədov: Əsl insan yetişir! Sənə uğurlar, ay bala! Qarşına həmişə özün kimilərin çıxmasını arzu edirəm!
Əməkdar müəllim Almaz Həsrət də 8-ci sinif şagirdi İdrisin bu hərəkətini alqışladı və xəbərdən çox məmnun olduğunu dedi:
- Xoş xəbər eşidəndə insanın üzü gülür, əhvalı dəyişir, müsbət enerji ilə əhatələnir. Həqiqətən də belə bir xəbər eşitmək məni çox sevindirdi. İdrisin hərəkəti respublika səviyyəsində təqdir olunmalıdır. Bütün məktəblərdə onun hərəkəti barədə danışılmalı, örnək göstərilməlidir. Qoy məktəblilər bilsin ki, belə həmyaşıdları var. Ucqar bölgələrdə belə təmiz, saf, halal övladlarımız böyüyür. İdrisin bu hərəkəti bir daha təsdiq etdi ki, xalqımız halallığı sevir, bizim xalqda əliəyrilik yoxdur. O uşağın təmizliyi, düzgünlüyü, gözütoxluğu hamıya nümunə olmalıdır. Məktəbdə müəllimlər İdris barədə şagirdlərə danışmalıdır. Qoy uşaqlar bilsin ki, yaxşı hərəkətlər, müsbət keyfiyyətlər insanlar tərəfindən həmişə təqdir olunur. «Doğru düzdə qalır» kimi sonradan leksikonumuza daxil edilən
ifadələrlə uşaqların düşüncə tərzi korlanmamalıdır.
A.Həsrət İdrisin hərəkətini bəyənməyənlərə də cavab verdi:
- Hər kəs öz tərbiyəsinə uyğun davranır. O uşaq bu hərkəti ilə ailədə aldığı tərbiyəni nümayiş etdirib. Daxili saflığını, təmizliyini, paklığını göstərib. Kim bu hərəkəti «bacarıqsızlıq», «fərsizlik» kimi yozursa, bu da həmin adamların tərbiyəsidir. Təəssüf ki, sosial şəbəkələr mənfi xarakterli, kriminal xəbərləri yaymaqda daha çox maraqlı olur, xoş niyyətli xəbərlərə, hadisələrə laqeyd yanaşırlar. Lakin İdrisin hərəkəti ilə bağlı çoxsaylı paylaşımlar, bəyənilmələr onu göstərdi ki, bu balamızın hərəkətini təqdir edənlər daha çoxdur. O uşaq balaca canıyla necə kamil bir insan olduğunu göstərdi. Bəzi «böyüklər»in ondan öyrənəcəyi çox şey var.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq