Ali məktəblərin paytaxtdan kənara köçürülməsi illərdir danışılır, amma...
12:26 22.08.2017
Arxiv
699
Vüqar Tofiqli: "...Real addımlar barədə məlumat yoxdur. Bu proses nə qədər sürətləndirilsə, o qədər yaxşıdır. Tezliklə məsələnin həll edilməsi tələbələrin hazırlığına da münbit şərait yaradar”
"Ali təhsil ocaqlarının şəhərcik formasında paytaxtdan kənara köçürülməsi vacibdir”.
Bunu "Sherg.az”a Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunmasından danışarkən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli deyib.
O bildirib ki, bu addım paytaxtda sıxlığın aradan qaldırılması, nəqliyyatın rahat hərəkəti üçün zəmin yaradacaq:
"Ali məktəblərin şəhər ətrafına köçürülməsi urbanizasiya prosesinə müsbət təsir edəcək. Qəbələ, Gəncə və s. şəhərlərdə ali təhsil müəssisələrinin yerləşdirilməsi məqsədəuyğundur. Xüsusilə ali məktəblər kampus şəklində tikilsə daha yaxşı olar. Bu zaman universitetin hər şəraiti, yataqxanası, idman zalı, oxu zalı bir yerdə cəmlənər və tələbələr üçün müsbət şərait yaranar.
Amma xeyli müddətdir ki, bu istiqamətdə söhbət aparılsa da real addımlar barədə məlumat yoxdur. Bu proses nə qədər sürətləndirilsə, o qədər yaxşıdır. Tezliklə məsələnin həll edilməsi tələbələrin hazırlığına da münbit şərait yaradar”.
Qeyd edək ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir.
Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol