Almaniya XİN rəhbəri: “Trampın dedikləri NATO-nu narahat edir”




"Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”.

APA-nın "Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib.

O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub.

NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.