Almaniyada 281 azərbaycanlının sığınacaq müraciəti rədd edilib
13:14 23.07.2021
Arxiv
476
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) bu ilin ilk altı ayı ərzində 281 azərbaycanlının sığınacaq müraciətini rədd edib.
Bu barədə “Report”un Avropa börosuna BAMF-ın mətbuat xidmətinin əməkdaşı Kristof Zander məlumat verib.
Onun sözlərinə görə, 2021-ci ilin ilk altı ayı ərzində ümumilikdə 263 azərbaycanlı federal idarəyə qaçqın statusu üçün müraciət edib.
“Onlardan 97-nin müraciəti ilkin, 166 nəfərin isə ikinci müraciəti olaraq qeydə alınıb” - deyə, K.Zander bildirib.
BAMF sözçüsünün sözlərinə görə, sözügedən müddətdə federal idarə 487 azərbaycanlının işi üzrə qərarını açıqlayıb: “İşinə baxılan şəxslərdən yalnız 6,8 %-i Cenevrə Konvensiyası və ya digər humanitar səbəblərə görə qaçqın və ya qoruma statusu əldə ediblər. Yerli məhkəmələr tərəfindən işinə baxılması üçün federal idarəyə yönləndirilən azərbaycanlıların sayı isə 173 nəfər olub”.
BAMF-dan bildirilib ki, ümumi sığınacaq axtaranların statistikasına baxdıqda Azərbaycan vətəndaşları Almaniyaya birbaşa yox, digər şengen ölkələrinin vizası ilə daxil olublar. Bu səbəbdən də, həmin şəxslərin qaçqın statusu ilə bağlı tələbləri rədd edilib, onların işi vizalarının olduğu ölkələrin miqrasiya idarələrinə göndərilib.
Məlumat üçün bildirək ki, 2021-ci ilin iyun ayında Almaniyanın miqrasiya idarələrinə ümumilikdə 10 282 ilkin sığınacaq müraciəti daxil olub. Onlardan yalnız 2 565 nəfərə Cenevrə Konvensiyasına əsasən qaçqın statusu verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur