Amerika Polşaya hərbi briqada yerləşdirib - Rusiyaya cavab




Rusiyanın regionda fəallaşmasına cavab olaraq Amerika Polşaya hərbi briqada yerləşdirib.

Sherg.az "Lemonde.fr”ə istinadən xəbər verir ki, bu, soyuq müharibədən bəri ilk geniş tərkibli yerləşdirmə hesab olunur:

" Rusiyanın Şərqi Avropada hərbi aktivliyi çox yüksəlib. Bu səbəbdən ABŞ prezidenti Barak Obama qərar qəlib ki, Polşada Polşaya briqada yerləşdirsin. Hətta NATO-nun baş katibi Roz Gotomoller də bunu Rusiyanın əməllərinə cavab kimi dəyərləndirib.

Qeyd edək ki, Polşa ilə sərhəddə 3500 əsgər, 87 tank və 144 zirehli maşın yerləşdirilib.

Ayyət Əhməd