Amerika qitəsində ən qədim ayaq izi tapılıb

Amerika qitəsində insana aid ən qədim ayaq izinin 9 il əvvəl Çilidə aşkarlanmış ayaq izi olduğu sübut edilib. Sherg.az xarici media istinadən xəbər verir ki,  elmi "PLOS ONE" jurnalında dərc olunan məqaləyə görə, Çili Universitetinin alimləri 2010-cu ildə Osorno şəhərində arxeoloji qazıntı  zamanı aşkarlanan ayaq izinin qitədəki insana aid ən qədim ayaq izi olduğunu bildirir.
Təxminən 16 min il əvvələ gedib çıxan ayaq izinin heyvana aid olub, olmadığı da araşdırma mövzusudur.
Aşkarlanan ayaq izi 23 santimetr uzunluğundadır və izlər sadə hərəkət edən bir canlıya aiddir.
Çili mətbuatında yer alan xəbərlərə görə, araşdırmanı aparan paleontoloq Karen Moreno bir radio proqramında "15 min 600 illik insan qalıqlarıyla qarşı-qarşıyayıq. Bu, Pilaucoda Amerika qitəsinin ən yaşlı insanlarının olduğunu göstərir." deyə bildirib.
Turan