Amerikalı ekspert: Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib
07:50 15.10.2018
Arxiv
682
Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib.
Bunu Trend-ə Qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
O deyib: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ticarət, iqtisadiyyat, bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edən müasir boru kəməri infrastrukturu ilə reallaşdırılan neft tədarükü və qaz ixracı sahələrində Avropa İttifaqı ölkələrinin strateji tərəfdaşına çevrilib. Son 15 il ərzində Azərbaycan demokratik, sənaye cəhətdən inkişaf etmiş və çiçəklənən ölkələrin etibarlı müttəfiqi və tərəfdaşı olub. Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib, Silahlı Qüvvələri gücləndirib”.
Amerikalı ekspert qeyd edib ki, Azərbaycan infrastrukturun inkişaf etdirildiyi ölkədir və Avrasiyanın ən vacib logistika mərkəzidir. O əlavə edib ki, Bakı mədəniyyətlərarası və dinlərarası dialoqun paytaxtıdır:
"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Şəki və Oğuz vacib turizm istiqamətlərinə çevrilib. Azərbaycan çiçəklənmə, sənayenin inkişafı, texnoloji innovasiyalar və maşınqayırma sahəsində tədqiqatlar üzrə düzgün yoldadır”.
Azərbaycanın son 15 il ərzində idman sahəsində nailiyyətlərindən danışan ekspert qeyd edib ki, Azərbaycan nüfuzlu idman tədbirlərinin təşkilindəki rolu sayəsində beynəlxalq arenada diqqət mərkəzindədir:
"Bakı göstərdi ki, bu şəhər iri beynəlxalq idman tədbirlərinin və bütün dünyada sülhə və səmərəli dialoqa xidmət edən strateji sammitlərin keçirilməsi üçün ideal məkandır”.
P.Teys əlavə edib ki, Azərbaycan öz nailiyyətləri və ölkənin hər bir vətəndaşının həyatına birbaşa təsir edən strateji layihələrin uğurlu icrası ilə dünyanı heyrətləndirməkdə davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi