Anar Kərimov İsveçin ölkəmizdəki səfiri ilə onlayn görüş keçirib
14:45 17.12.2020
Arxiv
428
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill ilə onlayn görüş keçirib.
Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İsveç Krallığının Azərbaycandakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov, nazirliyin və səfirliyin rəsmiləri, habelə hər iki ölkənin incəsənət sektorunun nümayəndələri iştirak edib.
Anar Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri barədə fikirlərini bildirib, İsveç Krallığı ilə bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Səfir Kristian Kamill iki ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların müəyyənləşdirilməsi, mövcud əlaqələrin inkişafına dair birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova 2021-ci ildə reallaşdırılması nəzərdə tutulan "Mədəniyyətə təkan" (Cultural Accelerator) layihəsi barədə məlumat verib. Bildirib ki, Trans Europe Halles (TEH), Lund, İsveç, Azərbaycan və Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən irəli sürülən layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsini dəstəkləmək, incəsənət mütəxəssislərinin bir-birilə əməkdaşlıq etmələrinə və dialoq qurmalarına kömək etməkdir. Problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradan və öz təcrübələrini başqaları ilə bölüşən insanları birləşdirən layihə iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir, onlara öz ideyalarını və layihələrini necə uğurlu təqdim edə biləcəkləri barədə praktiki alətlər təqdim edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual