Ankarada partlayış törətmək istəyən İŞİD terrorçuları saxlanılıb




Ankarada 8 İŞİD terrorçusu saxlanılıb.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Saxlanılanlar Türkiyə paytaxtında Yeni il şənlikləri zamanı partlayışlar törətməyə hazırlaşmaqda şübhəli sayılırlar.