Rauf Əliyev: "Onların əsas məqsədi seçki qabağı ölkəmizdə gərginlik yaratmaq, stabilliyi pozmaqdır. Ancaq bu qüvvələrin arzuları xəyal olaraq qalacaq"
"Söyüş kampaniyasını aparanlar anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirirlər"
Bu barədə "Sherg.az"a xaricdəki "həmvətənlərimizin" ölkəmizə və ölkə başçısı cənab İlham Əliyevə qarşı başlatdığı qarayaxma kampaniyasına münasibət bildirərkən millət vəkili Rauf Əliyev bildirib.
Onun sözlərinə görə, həmin "həmvətənlərimiz"üçün heç bir mənəvi, əxlaqi dəyər mövcud deyil:
"Bu kompaniyanı aparanlar xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin sifarişini yerinə yetirirlər. Son illərdə Azərbaycanda keçirilən mühüm siyasi proseslər ərəfəsində xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr fəallaşıb və ölkəmizə qarşı "qara piar" kampaniyasına start veriblər. Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycana qarşı təşkil olunan bu çirkin kampaniya Avropada yaşayan bir qrup "azərbaycanlı" tərəfindən reallaşır.
Bu ünsürlər Azərbaycan dövləti, xalqı, hakimiyyəti və bəzi vəzifəli şəxslərə, onların ailə üzvülərinə qarşı söyüş kampaniyası həyata keçirirlər. Anti-Azərbaycan qüvvələrin alətinə çevrilmiş bu ünsürlər respublikamızın düşmənləri ilə əlbir olub vətənimizə qarşı bu cür çirkin kampaniyaya qoşulublar. Onların əsas məqsədi seçki qabağı ölkəmizdə gərginlik yaratmaq, stabilliyi pozmaqdır. Ancaq bu qüvvələrin arzuları xəyal olaraq qalacaq.
Azərbaycan xalqı müdrik xalqdır, kimin- kim olduğunu çox yaxşı bilir. Xalq öz dövlətinə inanır və bilir ki, azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və Azərbaycanı bu yoldan heç bir qüvvə döndərə bilməyəcək".
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.
Ayyət Əhməd