
“Aprel döyüşlərində PKK-çılar ermənilər tərəfdən döyüşüblər” - AKTUAL
13:24 24.04.2019
Arxiv
993
"PKK öz çirkin niyyətlərini həyata keçirmək üçün ən əlverişli ərazi kimi Ermənistanı görür”
Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Analitik xatırladıb ki, bir müddət öncə Azərbaycanın işğal altında olan ərazilərində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı. Ekspertin sözlərinə görə, ümumiyyətlə, PKK-çıların Ermənistana keçməsi, yaxud ora toplaşması təsadüfi deyil. Çünki onlar Türkiyə və Azərbaycanın düşmənləridir:

"Bundan əlavə, Ermənistan PKK-nı terrorçu qruplaşma olaraq tanımır. Deməli, Rusiya tərəfindən himayə edilən PKK Türkiyə ilə yanaşı, perspektivdə Azərbaycan və İrana qarşı istifadə edilmək üçün Kremlin əlində vasitə ola bilər. İş o yerə çatıb ki, Rusiyada PYD-nin nümayəndəliyi də açılıb. 2016-cı ilin aprel döyüşlərində həmin terrorçular Kandil dağı və Kamışlıdakı düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçmişdilər.
Terrorçular Göyçə gölü ətrafındakı PKK üçün ayrılan "Vardenis düşərgəsi"ndə yerləşdirilmişdilər. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə göndərilən terrorçular arasında PYD sıralarında savaşan 150 erməni də var idi. Qarabağda vəziyyət gərginləşdiyindən terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndərilmişdilər. Yəni aprel döyüşlərində PKK-çılar ermənilər tərəfdən döyüşlərdə iştirak ediblər. Həmin tarixdə İran KİV-ləri də PKK-Ermənistan əməkdaşlığına dair faktlar ortaya qoymuşdu. İndi isə onların Türkiyədən qaçaraq Ermənistana toplaşması Dağlıq Qarabağda da yeni hadisələrin baş verəcəyi ehtimalını irəli sürməyə əsas verir”.
Siyasi şərhçi bildirib ki, PKK-çılar Türkiyənin diqqətinin Afrin də daxil omaqla Suriyada keçirdiyi antiterror əməliyyatlarından yayındırmaq üçün Azərbaycana qarşı aksiyalar keçirə bilərlər:
"Bundan başqa, ermənilərlə PKK-çıların strategiyası oxşardır. Hər ikisi Qara dənizə və Aralıq dənizinə çıxış əldə etmək niyyətindədir. Odur ki, Türkiyə və Azərbaycana qarşı düşmənçilik, oxşar hədəflər bu qüvvələrin birgə çıxış etməsinə əsas verir. PKK ermənilərlə birləşib Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərir. ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı qollarını silah-sursatla təchiz edir.
Rəsmi Ankaranın etirazından sonra Vaşinqton "Suriya Demokratik Qüvvələri” ilə birlikdə fəaliyyət göstərdiyini dəfələrlə bildirib. 1993-cü ildə ABŞ, Almaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Britaniya Türkiyənin istəyi əsasında PKK-nı terrorçu qruplar siyahısına daxil edib.
Qeyd edək ki, qondarma erməni "soyqırımı”nın qeyd olunduğu 24 aprel tarixində Suriyada terrorçu YPG-yə bağlı 200 nəfərlik erməni taboru yaradılıb. Terrorçuların qərargah kimi istifadə etdikləri otaqda divardan Ermənistan bayrağı asılıb. Həmçinin, erməni terrorçuların, ASALA, "Daşnaksütyun”, "Hınçak” rəhbərlərinin və PKK başçısı Abdullah Öcalanın fotoları da divarlara vurulub.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region