AQTA-nın Gürcüstandan ölkəyə gətirilən heyvanlardan qorunmaq haqqında çağırışı populist addımdır. Agentlik gömrükdən keçən, yaxud gömrüyə qədər gəlib çatan heyvanların identifikasiyasını həyata keçirsəydi, alıcılar, istehlakçılar da bundan uzaq olardı. Gürcüstandan ölkəmizə gətirilən heyvanın sənədləri yoxdur ki, kimsə ona baxıb, məlumat alsın.
AQTA-nın ölkəmizə gətirilən xəstə qaramalla bağlı çağırışı zəruridir, amma..."
12:32 08.08.2018
Arxiv
977
"Qonşu ölkələrdən Azərbaycana gətirilən qaramalın identifikasiyası aparılmır”.
Bu barədə "Sherg.az”a Gürcüstandan ölkəmizə gətirilən qaramalda nodulyar dermatit xəstəliyi təhlükəsinin olmasından danışarkən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O qeyyd edib ki, identifikasiyası aparılmış mal-qaranın qulağında xüsusi etiket yapışdırılır:
"Həmin kağızda göstərilən kodu internet resurslarına daxil olduqda heyvanın izlənilməsi həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhsulların sahədən istehlakçının masasına qədər izlənməsini həyata keçirməlidir.
AQTA-nın Gürcüstandan ölkəyə gətirilən heyvanlardan qorunmaq haqqında çağırışı populist addımdır. Agentlik gömrükdən keçən, yaxud gömrüyə qədər gəlib çatan heyvanların identifikasiyasını həyata keçirsəydi, alıcılar, istehlakçılar da bundan uzaq olardı. Gürcüstandan ölkəmizə gətirilən heyvanın sənədləri yoxdur ki, kimsə ona baxıb, məlumat alsın.Ona görə, də AQTA-nın bu çağırışı zəruridir, amma qənaətbəxş deyil. AQTA kəsim yerlərinin yaradılması üçün təşəbbüslər göstərir.
Dəfələrlə qeyd etmişik ki, bu tədbirləri administrativ üsullarla həyata keçirmək olmaz. Agentlik istəsə də, bunu edə bilməyəcək. Ona görə, heyvanların izlənməsi mexanizminin yaradılması mütləqdir. Yaxşı olar ki, xəstə heyvanların Azərbaycana daxil olmaması üçün işlər görülsün”.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Agentlikdən bildirilib ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm