AQTA: Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün ən optimal yerlər müəyyən olunub
13:37 08.08.2018
Arxiv
633
"Qurban bayramı ilə əlaqədar çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.
O bildirib ki, hər il Qurban bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır: "Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur. Bununla bağlı lazımi tədbirlərin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və bayramla əlaqədar müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunub".
M.Piriyevin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq və ya kəsmək istəyən şəxslərə yerli İcra Hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir: "Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqnlarına müraciət edə bilər. Qeyd edim ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm