Arı sancmasından ölümcül vəziyyətə düşənlər, OXUYUN ! - Nə etməli?
11:07 04.06.2018
Arxiv
948
"Arı sancmaları hər kəsdə eyni reaksiya yaratmır. Bu insanların orqanizmindən, allergik problemlərinin olub-olmamasından asılı olaraq dəyişir”.
Bunu "Sherg.az”a kütləvi arı sancmaları zamanı ilkin tibbi yardım üsulları barədə məlumat verərkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov söyləyib.
O bildirib ki, xəstənin orqanizmindən asılı olaraq, arı dişləməsinin ağır fəsadları yaranır:
"Hətta tək bir arının dişləməsindən belə ölümcül vəziyyətə düşən xəstə ilə qarşılaşmışam. Cavan oğlan motosiklet sürərkən arı onun dilini dişləmişdi. Müayinə zamanı məlum oldu ki, həmin şəxsin arı dişləməsinə qarşı allergiyası olub, bu səbəbdən ölümcül vəziyyətə düşüb. Ona görə, hər kəs belə hallarda öz orqanizminin xüsusiyyətini bilməlidir. Bir dəfə arı dişləməsindən ciddi zərər görməyən adam, ikinci dəfə bu hadisə baş verərsə, şoka düşə bilər.
Kütləvi şəkildə arı sancmasının baş verməsi isə çox az hallarda rast gəlinir. Bu zaman da allergiyası olmayan insanlarda ölümcül fəsadlar yaranmır”.
Ş.Məmmədov söyləyib ki, kütləvi şəkildə arı dişləməsinə düçar olan şəxsi təcili xəstəxanaya çatdırmaq lazımdır:
"İlkin tibbi yardım məsələsinə gəlincə, arının iynəsini çıxartmaq lazımdır. Xəstəni uzanmış vəziyyətdə saxlayıb, ayaqlarını yuxarı qaldırmaq vacibdir. Bu xəstənin allergiyası olduğu halda şoka düşməsinin qarşısını alacaqdır. İstənilən halda, təcili tibbi yardım çağırmalı, yaxud xəstəxanaya çatdırılmalıdır.
İnsanlar bəzən "zəhərli arı” ifadəsini işlədirlər. Bu birmənalı yanlışdır, zəhərli arı olmur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya