Aşıq Namiq seksual zorakılıqda ittiham olunur
09:11 16.07.2021
Arxiv
456
Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq mühafizə orqanlarına şikayət daxil olub.
“Report”un xəbərinə görə, şikayətçi E.R. (şərtidir) hüquq mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.
N.Fərhadoğlu açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib.
Lakin o, barəsində edilən ittihamları qəbul etmədiyini, bunun yalan və şər olduğunu bildirib.
N.Fərhadoğlu onda kamera görüntülərinin olduğunu bildirərək bunları polisə təqdim edəcəyini deyib.
“Həmin qadın mənə deyib ki, tanışın çoxdur, oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s. - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır”, - aşıq Namiq Fərhadoğlu əlavə edib.
Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq mühafizə orqanlarına analoji şikayət edilmişdi. Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial