Astan Şahverdiyev: "Sözlərimə görə üzr istəyirəm" - YENİLƏNİB
08:55 26.12.2016
Arxiv
809
"Bundan sonra bu barədə açıqlama vermək fikrim yoxdur. Mən nə hisslər keçirdiyimi, nə düşündüyümü ətraflı demişəm".
Bu sözləri Lent.az-a açıqlamasında deputat Astan Şahverdiyev deyib. Deputat Rusiyada işləyən azərbaycanlılarla bağlı ifadələrinə görə üzr istəyib: "İfadələrimə görə təəssüf hiss keçirirəm, üzr istəyirəm".
**
10:22
Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə işlətdiyi ifadələrlə bağlı açıqlama verib.
Lent.az modern.az-a istinadən xəbər verir ki, deputat ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib. A.Şahverdyievin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: "Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə "Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam”.
A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb: "Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm”.
Qeyd edək ki, deputat "Azadlıq” radiosuna müsahibəsində belə demişdi: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat