
"At ətini hazırlayan tapılır, sifarişçi isə axtarılmır"
07:05 11.04.2019
Arxiv
545
Xaşmazda yararsız halda at əti aşkarlanıb.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin məlumatına görə, aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində reyd keçirib. Reyd zamanı Xaçmaz şəhər sakini B.Qanbayevin idarə etdiyi "Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bazarın tələb-təklif prinsipi ilə işlədiyini xatırlatdı:
- 22 ildir biz belə qanunsuzluqlarla mübarizə aparırıq. Amma nəticə yoxdur. Çünki satan məlumdur, alıcı isə yox. Bazar tələb-təklif prinsipi ilə işləyir. Kimsə at ətini alır ki, kimsə də atı öldürüb ətini satışa çıxarır. Əsas, sifarişçi tapılmalıdır.
Nə qədər ki, sifarişçi tapılıb məsuliyyətə cəlb edilməyib, bu cür hallar təkrarlanacaq. 2 il əvvəl də Xaçmazda külli miqdarda, yararsız halda at əti aşkarlanmışdı. Nəticəsi nə oldu? Proses yenə davam edir. Mən əvvəllər də təklif etmişəm ki, məsələyə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi qoşulmalıdır. Onlar cinayətkarların axtarışına qoşulsalar, qısa zamanda nəticə əldə edilər.
Nəticə ona görə yoxdur ki, at ətini hazırlayan tapılır, amma tələb edən, sifarişçi axtarılmır. Bilmirik at ətini hara təhvil verirlər, o ətdən nə hazırlayırlar? Kafelərdə, restoranlarda müştəriyə nə təklif olunur. Hansısa restoran sahibi əgər iddia edirsə ki, aldığıının nə əti olduğunu bilmir, yalan deyir.
Çünki bütün iaşə obyektləri ərzaq aldıqları, sifariş etdikləri məntəqələri tanıyırlar, kimə hardan ət gəlir, hər kəs bilir. At əti ilə digər mal-qara ətlərini səhv salmaq mümkün deyil. Yararsız ətlərin öz müştəriləri var. Ucuz qiymətə alır, istehsala buraxır və qazanc əldə edirlər. Məhz bu adamlar aşkarlanmalıdır və məsuliyyətə cəlb olunmalıdır ki, əhaliyə nə yedirirsiz?
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm