Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu hesab edir.

APA xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Kuba bizə zəng edir. Onların köməyə ehtiyacı var. Kubanın köməyə ehtiyacı var və biz bu yardımı göstərəcəyik”, - ABŞ prezidenti bildirib.