ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək

Almaniyadan çıxarılan 5000 Amerika əsgərinə əlavə olaraq, ABŞ Avropadan daha bir neçə yüz hərbçisini geri çəkə bilər.

Teleqraf xəbər verir ki, bu barədə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Aleksus Qrinkeviç bildirib.

"Almaniyadan çıxarılacaq qoşunların ümumi sayının 5000 olacağını təsdiqləyə bilərəm. Daha bir neçə yüz əsgərin geri çəkilməsi mümkündür. Amma mən həmçinin təsdiqləyə bilərəm ki, bu, NATO-nun müdafiə planlarının həyata keçirilməsinə təsir göstərməyəcək", - deyə o bildirib.

Qrinkeviç Amerika qoşunlarının Avropadan çıxarılması ilə bağlı yaxın gələcəkdə əlavə açıqlamaların gözlənilib-gözlənilməməsi ilə bağlı suala cavab verməkdən imtina edib və Vaşinqtonun siyasi açıqlamalarından irəli keçmək istəmədiyini vurğulayıb.