Atatürkün tabutunu daşıyan əsgər o günü anlatdı - Fotolar

1938-ci ilin 10 noyabrında Qazi Mustafa Kamal Atatürk vəfat etdikdən sonra cənazəsi Ankara Etnoqrafya Muzeyindəki keçici qəbirinə qoyulub. Atatürk üçün  abidə məzar olan Mavzoleyin tamamlanmasından sonra cənazə 10 noyabr 1953-cü ildə Ankara Etnoqrafya Muzeyindən götürülərək mərasimlə Mavzoleyə gətirilib. Sherg.az "milliyet"ə istinadən xəbər verir ki,  mərasim zamanı Atatürkün tabutunu daşıyan əsgərlərdən biri də Ordunun Fatsa qəsəbəsində yaşayan Mustafa Akkiraz olub. O, 3 yoldaşı ilə birlikdə Atatürkün nəşini  daşımaq üçün Ankaraya getdiklərini söyləyir. Akkiraz, "İstanbul Heybeliada hərbi vəzifəmi yerinə yetirirdim. Boyumuz uzun olduğu üçün bizi seçdilər. Mən və 3 yoldaşım Ankaraya gedib əziz Atatürkün nəşini Mavzoleyə qədər apardıq" deyə danışır.
Televiziyada Atatürklə əlaqədar bir proqramı izləyərkən illər sonra mərasim fotoları arasında öz şəkilini gördüyünü dilə gətirən Akkiraz, "Çox duyğulandım və o ana təkrar getdim. Gözyaşlarına boğuldum. Atamızın nəşini  daşıyarkən çox duyğulanmışdım. Bol- bol içimdən dua etdim və salavat çevirdim. O gün heç bir zaman ağılımdan çıxmadı. Xəstə yatağımdayam, yenə 10 noyabr günü  gəldi, mən yenə böyük Atatürkü hörmətlə xatırlayıram. Onun tabutunu daşımaq mənim üçün böyük bir qürurdur" deyə bildirib.