ATƏT PA-da Kəlbəcərdəki hadisə müzakirəyə çıxarıldı
12:25 11.06.2021
Arxiv
482
İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub.
Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib.
Azay Quliyev çıxışında Kəlbəcərdə iki nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını iştirakçılarının diqqətinə çatdırıb
Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib.
O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.
İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.
Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm