Avetyana Azərbaycan vətəndaşlığı vermək olmaz

“200 il müddətində bir nəfər belə olsa, yaxşı erməni görmədik”


Erməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Müraciəti öz feysbuk profilində paylaşan Vahe Avetyan İlham Əliyevdən ona Azərbaycan
vətəndaşlığı verilməsini xahiş edib.

Bir müddət əvvəl ölkəmizə səfər edən Avetyan öncə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə ölkəmizdə isti qarşılandığına görə təşəkkür edir. Azərbaycan xalqı ilə dərin
mənəvi bağlarını saxladığını qeyd edən Avetyan xalqımızın bütün dərdlərinə və ağrılarına şərik,
uğurlarına isə sevindiyini bəyan edib: "Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin,
Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə "Şərq”ə açıqlamasında deyib ki,
Avetyanın məqsədi Bakıda yaşamaq yox, özünü dünyaya sülhpərəst biri kimi göstərməkdir:

"Ermənilər üçün rahat şərait yaratmaq, onlara xoş üz göstərmək olmaz. Çünki Ermənistandakı
rejimin əlindən xalq zara gəlib. Görsələr ki, Azərbaycanda ermənilərə rahat şərait yaradılıb,
hamısı tökülüşüb gələcəklər bura. Özlərinə yer edəndən sonra da yenə bizə qarşı torpaq iddiası
qaldıracaqlar ki, Bakı qədimdən erməni torpağı olub. Xanlıqlar dövründə də, sovet dövründə də
Azərbaycanda ən yaxşı vəzifələri ermənilər tuturdular. Nəticəsi nə oldu? Hamısı da axırda
Azərbaycana xəyanət etdilər. 200 il müddətində bir nəfər belə olsa, yaxşı erməni görmədik. Ona
görə də, Azərbaycanın Avetyana sahib çıxmasının doğru olmadığını düşünürəm. Bütün
ermənilər "yurist” olurlar. Şübhəm yoxdur ki, Avetyan da Azərbaycanın xoş niyyətindən sui￾istifadə etməyə çalışır. Biz isə onun oyununa gəlməməliyik. Sözün açığı, İsveçdə yaşayan
erməninin Azərbaycanda yaşamaq istəməsini inandırıcı hesab etmirəm. Bu müraciət də siyasi
oyun xarakterlidir. V.Avetyan da bilir ki, o, Azərbaycan üçün istənməyən biridir. Elə ona görə
də, müraciətdə mənəvi vətəndaşlıq istədiyini yazıb”.

A.Nağının sözlərinə görə, Azərbaycan hökuməti bu cür müraciətlərin kütləvi hal almasını
önləmək üçün Avetyanın müraciətinə mənfi reaksiya verməlidir.

Şəymən