
Avropa Məhkəməsi müsbət qərar verə bilər
18:33 08.04.2019
Arxiv
729
Amma Ermənistanın girovları qaytaracağı inandırıcı deyil"İrəvanı girovların qaytarılmasına hüquqi yox, siyasi təzyiq metodları ilə razı salmaq mümkündür"
Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov yaxın vaxtlarda Avropa Məhkəməsinin girovlarla bağlı qərar verəcəyini bildirib. Kollegiya sədri deyib ki, Ermənistan tərəfi Avropa Şurasından bu ilin mart ayına qədər vaxt istəmişdi. Mart ayına qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi: "Artıq aprel ayıdır.
Tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq”. A.Bağırov vurğulayıb ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir: "İşin gedişatı, icraat bunu deməyə əsas verir. Proses artıq yekunlaşmaq üzrədir. Ədalətli mövqeyimizin nəzərə alınacağına ümid edirik”.
Sədr əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxararsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur. Məlumat üçün bildirək ki, 5 il öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. İşğal altındakı qondarma rejimin qanunsuz "məhkəmə”sinin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 5 ildir girovlarımızın azadlığı uğrunda fərqli müstəvilərdə mübarizə aparılır. Lakin təəssüflər olsun ki, hələ də girovlarımızı azad etmək mümkün olmayıb.
Girovlarımızın azadlığı istiqamətində fəaliyyət göstərən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq”ə açıqlamasında Anar Bağırovun əminliyini bölüşmədiyini deyib.

Hüquqşünas hesab edir ki, İrəvanı girovların qaytarılmasına hüquqi yox, siyasi təzyiq metodları ilə razı salmaq mümkündür: "Ermənistan torpaqlarımızı işğal edib və hələ də işğalda saxlayır. Ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ali bir qurumun qətnaməsini yerinə yetirməyən Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra edəcəyinə əmin deyiləm. Əgər düşmən ölkə beynəlxalq qərarlara riayət etsəydi, torpaqlarımızı işğal etməz, ərazilərimizə göz dikməzdi.
Sözün açığı, girovlar məsələsinin AİHM-də həllini görmürəm. Məhkəmə "girovları azad edin!” deyə bir qərar çıxara bilməz. Bunun hüquqi perspektivi yoxdur. Çünki münaqişə tərəfləri arasında hələ də müharibə gedir. Girovları qaytarmağın yolu siyasi platformalarda, beynəlxalq təşkilatlarda məsələ qaldırmaqla Azərbaycandan və Ermənistandan olan girovların "hamıya-hamı” prinsipi ilə dəyişdirilməsindən keçir. Girovlarımız yalnız bu yolla dəyişdirilə bilər. Əslində düşünsələr, elə işğalçı Ermənistan üçün də ən məqbul variant budur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat