Avropa Türkiyəyə hücuma hazırlaşır: Ankaraya qarşı iqtisadi sanksiya təklif edilib





Türkiyə-Avropa Birliyi (AB) arasında münasibətlər gərginləşməkdə davam edir. Lüksemburqun Xarici İşlər naziri Jan Asselborn belə bir vəziyyətdə Ankaraya qarşı iqtisadi sanksiya tətbiq edilməsini təklif edib.
Axar.az xəbər verir ki, alman mətbuatına açıqlama verən nazir bu yolla Türkiyəyə təzyiqin nəticə verəcəyini deyib:
"Türkiyə ixracatının tam yarısını Avropa Birliyi ölkələrinə göndərir. Bu ölkəyə qoyulan investisiyanın 60%-i Avropa ölkələrinin payına düşür. Son günlərdə baş verən siyasi hadisələr işığında iqtisadi asılılıq Ankaraya təzyiq vasitəsinə çevrilə bilər. Bəlli bir nöqtədən sonra bu vasitədən istifadə etməkdən başqa çarəmiz qalmayacaq”.
Qeyd edək ki, nazir bu açıqlaması ilə AB-nin Türkiyəyə sanksiya ehtimalını gündəmə gətirən ilk siyasətçi olub.