"Avropada Azərbaycan əleyhinə kampaniya aparanların davası qarın və yorğan davasıdır”





"Avropada Azərbaycan əleyhinə "mübarizə" aparan məlum ünsürlərin əməlləri haqqında dəfələrlə ictimaiyyəti xəbərdar etmişik. Bəyan etmişik ki, bu adamların davası insan hüquqları, demokratiya və s. deyil. Onların davası qarın davasıdır, yorğan davasıdır”.

Bunu "Sherg.az”a açıqlamasında tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət deyib.

Ekspert bildirib ki, həmin şəxslər özlərini "demokratiya aşiqi”, "mübariz” kimi təqdim edərək pul qazanmağa çalışırlar: 

"Onlara pul buraxan dairələr əvvəlcə elə bilirdilər ki, üç-beş adam vasitəsi ilə Azərbaycanda bu və ya digər şəkildə nəyəsə nail olmaq, təsir etmək mümkündür. Lakin həmin şəxslərin apardığı "mübarizə” özünə sosial baza toplaya bilmədi. Çünki xalqımız kifayət qədər gözü açıqdır və ağı-qaradan seçə bilir. Məhz bu baxımdan Avropadakı qruplar özlərinə dəstək qazana bilmədilər, gördükləri "iş” effektli olmadı. Bunu görən maliyyə mənbələri öz maşalarına pul verməkdən yavaş-yavaş imtina etməyə başladı. Bu, birinci hal deyil. Bilirsiniz ki, buna qədər Xədicə İsmayıl, Emin Hüseynov və Emin Milli kimi adamların, yaxud da İlqar Məmmədovun dəstəsindəki şəxslərin maliyyə ilə bağlı müxtəlif maxinasiyalar etməsi müzakirə olunub. İndi onlara qoyulan maya batır, effektivliyini doğrultmur və buna görə də pul sahibləri maliyyə verməkdən imtina edir. Nəticədə "bloqqer”lər ac-susuz qalırlar. Gunahı da bir-birinin üzərinə atırlar. İndiki davanın məğzi bundan ibarətdir. Təbii ki, onlar buna görə Azərbaycan hökumətini ittiham edə bilmirlər, pul verənləri ittiham etməyə isə cürətləri çatmır. Ona görə də bir-birilərini didirlər”.

Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

İsmayıl