Avtovağzalda səhman yaratmaq olar: Qayda-qanunlara əməl edilməlidir






"Avtovağzalda səhman yaratmaq üçün qoyulmuş qanunlara riayət etmək kifayətdir”.
Bunu "Sherg.az”a son zamanlar sərnişinlərin Bakı Beynəlxalq Avtovağzalından şikayətlərinin artmasına münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, normal, şəffaf şəkildə insanların rahatlığını təmin etmək üçün fəaliyyət göstərmək lazımdır:

"Bütün problemləri aradan qaldırmaq üçün sadəcə düzgün fəaliyyət göstərməyə çalışmaq lazımdır. Kİmsə istəyir çox pul qazansın, qısa müddətdə milyonçu olsun, bunu qayda-qanunlar çərçivəsində etməlidir. Belə etdikdə daha asan və rahat pul qazanmaq olur. Lakin qanunlara məhəl qoymadıqda, insanların rahatlığına maneçilik törədilir, korrupsiya faktları artır. Bunların nəticəsi isə rəhbərliyin cinayət məsuliyyətinə cəlb edilməsinə qədər gedib çıxa bilər. Ona görə, qanuna riayət etmək əsas prinsip olmalıdır. Tək avtovağzala deyil, bütün qurumlara bu aiddir”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və mətbuatda Bakı Beynəlxalq Avtovağzalı haqqında mənfi rəylər səsləndirilir. Sürücülərin bilet qiymətlərini süni şəkildə artırması, rəhbərliyin bunu bildiyi halda göz yumması sərnişinlərin etirazını isə daha da artırıb.

Aysel Aslan